Trend-in məlumatına görə, məqalədə deyilir: “Bakı Şərqlə Qərbin görüşdüyü, sürətlə inkişaf edən şəhərdir”.
Müəllif yazır ki, “Eurovision-2012” mahnı müsabiqəsindən sonra Bakı Avropa Oyunlarını da qəbul etməyə hazırlaşır: “Bu tədbirin keçirilməsi üçün Bakıda bir neçə obyekt inşa edilib”.
Məqalədə qeyd olunur ki, Bakıda bir sıra başqa yarışların da - 2016-cı ildə “Formula-1”, 2017-ci ildə “İslam oyunları”, 2020-ci ildə isə Avropa Çempionatı üzrə bir neçə görüşün keçirilməsi gözlənilir.
Məqalədə Bakıda son illərdə inşa edilmiş “Flame Towers” kompleksi, Heydər Əliyev Mərkəzi və Xalça Muzeyi haqqında da məlumat verilib.
Milli.Az