Bakı, 15 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunlarının badminton yarışlarında cütlüklərin mübarizəsində Latviyanı Kristine Şefere və Leva Pope təmsil edəcəklər.
AZƏRTAC “Bakı-2015”in saytına istinadla xəbər verir ki, K.Şefere ilk Avropa Oyunlarında iki növdə mübarizə aparacaq. Belə ki, o, qadınlar arasında fərdi yarışlarda da qüvvəsini sınayacaq.
Latviya fərdi, cüt və qarışıq kişi yarışlarında təmsil olunmayacaq.