Casus Ceyms Bond obrazını canlandıran aktyora Birləşmiş Millətlər Təşkilatında (BMT) vəzifə verilib.

ANS PRESS-in məlumatına görə, məşhur “007 Ceyms Bond” film seryiyası aktyoru olan Deniel Kreyq BMT-nin baş katibi Ban Ki Munla bir araya gəlib.

BMT-nin baş ofisində keçirilən görüşdə Ban Ki Mun aktyora vəzifəsinin yer aldığı bir rəsm əsəri təqdim edib.
Tanınmış ingilis aktyoruna BMT-nin mina və partlayıcı qurğu təhlükələri ilə mübarizədə beynəlxalq müdafiəçisi vəzifəsi verilib.

Mərasimdə çıxış edən Ban ki Mun zarafatla, “007-nin öldürmək tapşırığı var idi, lakin biz bu gün ona qurtarmaq tapşırığı veririk” – deyib.

Qeyd edək ki, bu vəzifənin müddəti 3 ildir.



Mənbə
ANS PRESS