Veteran futbolçu Selina Loksla ailə həyatı qurur. ANS PRESS-in məlumatına görə, Braziliya milli komandasının sabiq hücumçusu Ronaldo model Selina Loksla eşq məcarası yaşayır.

Braziliyalı veteran futbolçu 23 yaşlı gözəlçə ilə günlərini keçirir. Yaxın vaxtlarda 38 yaşlı “sambaçı” gənc modellə ailə həyatı qurmağa hazırlaşır.

"Real"a 52 milyon avroya başa gələn Braziliya futbolunun əfsanəvi futbolçusu “Fenomen”, “Yekə diş” ləqəbləri ilə tanınıb. Heç kimin inanmadığı, “bacara bilməz” dediyi, “99 faiz futbol həyatı bitdi” dediyi zamanlardan sonra dəfələrlə təkrarən sağalıb, yaşıl meydanlara qayıdıb. Klub karyerasında 1993-2011-ci illərdə cəmi 384 oyun keçirib, 280 qol vurub.



Mənbə
ANS PRESS