Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Türkiyə hərbçilərinin də olmaları, Azərbaycan əsgərləri ilə birgə döyüşmələri barədə Ermənistan tərəfindən yayılan məlumatlar tamamilə yalan və iftiradır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Səfir qeyd edib ki, Ermənistan tərəfindən yayılan bu məlumatlar heç bir fakta əsaslanmır və məntiqə sığmır: “Ermənistan belə şayiələri yaymaqla diqqəti başqa tərəfə yönəltmək istəyir”.

Milli.Az