Tbilisi, 14 aprel, AZƏRTAC
İnanıram ki, “Bakı-2015” İlk Avropa Oyunları uğurla başa çatacaq və Azərbaycan dövləti qarşısına qoyduğu məqsədə nail olacaq. Bu da Azərbaycan üçün gələcəyə ən parlaq vəsiqə olacaq və o, ilk Avropa Oyunlarını təşkil edən ilk ölkə kimi tarixə düşəcək. Mən Azərbaycan dövlətinin başçısına, təşkilat komitəsinin rəhbərinə və xalqınıza uğurlar arzulayıram
Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan söyləyib.
T.Ayan deyib: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar bizim üçün bir qədər gözlənilməz olsa da, xoş xəbər idi. Müvafiq qurumların belə qərar qəbul etməsi bir daha sübut etdi ki, Azərbaycan həm də idman ölkəsi kimi böyük nüfuza malikdir. Avropa Oyunlarına ev sahibliyi etmək böyük güc və əmək, məsuliyyət tələb edir. Azərbaycanın belə bir mötəbərə yarışlara necə hazırlaşdığını bilirik və dövlətin, eləcə də təşkilat komitəsinin işini yüksək qiymətləndiririk”.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi