Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yol-nəqliyyat qəzası baş verib.Hadisə yerində yol polisləri araşdırma aparıblar
"Report"un məlumatına görə, hadisə Ayaz İsmayılov küçəsindən Xocalı prospektinə doğru gedən yolda qeydə alınıb.
Belə ki, yol kənarında ikinci cərgədə dayanan "Mercedes" markalı avtomobil həmin yerdən sağa dönmək istəyən "Mitsubishi" markalı yük maşını ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. "Mercedes" markalı maşın isə yararsız vəziyyətə düşüb. Qəza baş verən yerə cəlb olunan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Sürücülərin izahatları alınandan sonra isə qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyi məlum olacaq.
Qeyd edək ki, "Mitsubishi" markalı yük maşını spirtli içkilər daşıyırmış.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləıyin.


