Bakı-2015-in yeni qadağaları
ANS PRESS-in məlumatına görə, iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliklər I Avropa Oyunları ilə bağlıdır.
AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, sözügedən qanuna dəyişikliklərdə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizlik və asayişin təmin edilməsi məsələləri öz əksini tapıb.
Qeyd edək ki, bu dəyişikliyin adıçəkilən qanunun 40-cı maddəsinin 1-ci bəndinə salınacağı nəzərdə tutur.
İdman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətini maska ilə gizlədənlər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edənlər Avropa Oyunlarına buraxılmayacaqlar.
Həmçinin bütün növ alkoqollu içkilər, narkotik vasitələr, psixotrop maddələr, silahlar, onların ayrı-ayrı hissələri, partlayıcı maddələr, döyüş sursatları gəzdirən insanlar da məsuliyyətə cəlb ediləcək.
Qanun layihəsində kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulan yerlərdə açıq dolu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkiləri qəbul etmək, narkotik vasitələrdən istifadə etmək qadağan olunur. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56