Azərbaycanın ilk olimpiya lisenziyasının sahibi: "Əsl arxayınçılıq Rio-2016-dan sonra olacaq"
– Deməzdim ki, bu döyüşdə bəxim gətirdi. Düzdür, ilk raundda fəal deyildim, taktikanı düzgün seçməmişdim. Sonradan fəallaşdım, öz üslubumla hərəkət etdim və hər şey qaydasına düşdü. Heç yorğunluq hiss etmədim. Düşünmürəm ki, bu, mənim ən çətin görüşlərimdən biri idi.
- Hər halda, döyüşün gedişində rəqibin alın nayihəsinə yetirdiyiniz güclü zərbə tez-tez qan axması ilə nəticələndi. Belədə görüş dayandırıldı və vaxtından əvvəl qalib elan edildiniz...
– Əslində ilk raunddan sonra döyüşü aparırdım. Bütün rəqiblərə eyni gözlə baxıram. Razıyam, ilk raundda "yatdım". Amma sonradan vəziyyətə nəzarət edirdim. Əslində mən sonadək döyüşmək istəyirdim. Çünki fərqli boksçu idi. Ona qarşı mübarizə aparmaq mənə maraqlı idi.
- Bu qələbədən sonra reytinqdə ilk pillədəki mövqeyinizi qoruyaraq Rio-2016-ya lisenziyanı öncədən təmin etdiniz...
– Hələ bir döyüşüm qalıb. Amma məşqçilər korpusu qərara gəldi ki, görüşdə iştirak etməyim. Artıq məsələ həll olunub. İnşallah, bundan sonra bir müddət dincələcəm.
- Olimpiya Oyunlarında hədəfiniz nə olacaq?
– Mənə dəstək olan hər kəsə minnətdaram. Təbii, indidən rahatlaşmamalıyam. Əsl arxayınçılıq Riodan sonra olacaq (gülür). Orada yaxşı nəticə üçün döyüşəcəyəm.
- Rio-2016-dan öncə, milli komandamızı daha bir ciddi sınaq gözləyir. Bu, I Avropa Oyunlarıdır. Bakıda da özünüzü sınamaq istərdinizmi?
– Azərbaycan Boks Federasiyasının rəhbərliyi, həmçinin “Baku Fires”in baş meneceri Rizvan Gənciyev və məşqçlərimiz razılıq versələr, Avropa Oyunlarında mübarizə aparacağam. Bunu çox arzulayıram.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56