Ukraynanın “AvtoBiznesTur” jurnalında Bakı və qarşıdan gələn birinci Avropa Oyunları haqqında geniş məqalə dərc olunub
Kiyev, 13 aprel, AZƏRTAC
Ukraynanın populyar “AvtoBiznesTur” reklam-informasiya jurnalının iki səhifəsində “Bakı-tarixin və 2015-ci il Avropa Oyunlarının paytaxtı” sərlövhəli material dərc olunub.
Məqalənin əvvəlində deyilir ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycan paytaxtının özünəməxsus bənzərsiz tarixi var. Onun tarixi lap qədim dövrlərə gedib çıxır.
Materialda paytaxtın görməli yerlərindən, o cümlədən qədim və müasir arxitekturasından, teatrlarından, muzeylərindən və s. bəhs olunur.
Yazıda, həmçinin qeyd edilir ki, qollu-budaqlı zeytun meşələri, badam bağları, zəfəran yetişdirilən dendrari Bakının və ətraf qəsəbələrin əsl qürur mənbəyidir. Bakının yaxınlığında isə palçıq vulkanlarını görmək olar. Paytaxtın 30 kilometrliyində atəşpərəstlər məbədi “Atəşgah” yerləşir. Bu məbəd XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı yerdə inşa edilib.
Məqalə sayəsində ukraynalı oxucu İçərişəhərin dar küçələrinə, Qız qalasına, Şirvanşahlar sarayına, daha bir əhəmiyyətli memarlıq abidəsi olan “Sınıq-qala” məscidinə virtual səyahət edə bilər.
Daha sonra materialda vurğulanır ki, Bakının müasir görməli yerləri də gözəllik xiridarlarının diqqətindən kənarda qalmayıb. “Alov Qüllələri”i Bakının yeni rəmzlərindən biridir. ABŞ-ın “NOK” arxitektura bürosunun futuristik “tonqalı” şəhərin ən uca yerində “alovlanır”. Göydələnlərin minlərlə işıq-diod lampaların quraşdırıldığı güzgülü divarları gecələr nəhəng ekrana çevrilir və bu ekranda gah alov dilimləri, gah da əlində Azərbaycan bayrağı aparan adam canlanır.
Materialda oxucuların diqqəti dünya şöhrətli arxitektor Zaha Hadidin şedevri olan Heydər Əliyev Mərkəzi üzərində cəmləşdirilir.
Nəhayət, məqalədə tarixi hadisəyə - Bakıda keçiriləcək birinci Avropa Oyunlarına böyük yer ayrılır.
“AvtoBiznesTur” yazır ki, “Alov qüllələri”nin divarlarında və Bakının müxtəlif yerlərində quraşdırılmış böyük monitorlarda əks etdirilən rəqəmsal panoramada Avropa oyunlarına qalan günlərin sayı göstərilir.
Məqalədə deyilir ki, Oyunların açılış mərasimi iyunun 12-də, bağlanışı isə ayın 28-də olacaq.
Materialın sonunda deyilir: “Bakının tarixi irsindən və müasir həyatından nə qədər yazılır-yazılsın, onsuz da bu material böyük şəhərin bütün rənglər palitrasından danışmağa yetərli olmayacaq. Bakını görmək və hiss etmək lazımdır”.
Məqalə Azərbaycanın Ukraynadakı səfirliyinin informasiya dəstəyi ilə hazırlanıb. “AvtoBiznesTur” jurnalının radaksiya kollegiyası “Dünyanı özün çək” xeyriyyə layihəsində nəşri dəstəklədiyinə görə də diplomatik nümayəndəliyimizə təşəkkür edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56