Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb.

ANS PRESS-in məlumatına görə, 14/15 aprel tariхlərində baş tutacaq matçları serb, çeх, ingilis və ispan hakimlər idarə edəcək.

Mərhələnin ən maraqlı qarşılaşmasında, ötən ilki finalçılar - "Atletiko" və "Real" arasındakı matçda serb FIFA referisi Milorad Majiç fit çalacaq. Aprelin 14-də baş tutacaq "Yuventus" - "Monako" oyununu çeх Pavel Kraloveç idarə edəcək.

Mərhələnin ən maraqlı qarşılaşmasında, ötən ilki finalçılar - "Atletiko" və "Real" arasındakı matçda serb FIFA referisi Milorad Majiç fit çalacaq. Aprelin 14-də baş tutacaq "Yuventus" - "Monako" oyununu çeх Pavel Kraloveç idarə edəcək.

Aprelin 15-də keçiriləcək PSJ - "Barselona" oyununda ədaləti ingilis Mark Klattenburq qoruyacaq. "Portu" - "Bavariya" matçında isə ispan Karlos Velasko Karballo fit çalacaq.

Çempionlar Liqası
1/4 final
İlk oyunlar

14 aprel
23.45 Atletiko (İspaniya) - Real (İspaniya)
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç, Deyan Petroviç (Serbiya).
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Deyan Filipoviç (Serbiya).
Madrid. "Visente Kalderon" stadionu.

23.45 Yuventus (İtaliya) - Monako (Fransa)
Hakimlər: Pavel Kraloveç, Roman Slisko, Martin Vilçek, Tomaş Mokrus (Çexiya).
Əlavə köməkçi hakimlər: Radek Prihoda, Miçal Patak (Çexiya).
Turin. "Yuventus" stadionu.

15 aprel
23.45 PSJ (Fransa) - Barselona (İspaniya)
Hakimlər: Mark Klattenburq, Simon Bek, Jake Kollin, Stuart Burt (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (İngiltərə).
Paris. "Parc des Princes".

23.45 Portu (Portuqaliya) - Bavariya (Almaniya)
Hakimlər: Karlos Velasko Karballo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero (İspaniya).
Əlavə köməkçi hakimlər: Karlos Del Kerro, Xesus Gil Manzano (İspaniya).
Portu. "Estadio do Dragao".
Mənbə
ANS PRESS