[ 13 Aprel 2015 12:54 ]



Bakı. Fuad Cəfərov - APA. Bakı sakini dəm qazından boğularaq ölüb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 12-də Nərimanov rayonu ərazisində qeydə alınıb. Orada yaşayan Dilarə Sadıqova mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
 

Araşdırma aparılır.