Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Metbuat.az-ın məlumatına görə, artıq Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb.

13 aprel (bazar ertəsi)

“Neftçi” – “İnter” 

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Xaqani Məmmədov

“Bakcell Arena”, 19:00

“Qarabağ” – “Simurq”

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

“İnter Arena”, 18:00