Qadın voleybolçuların Azərbaycan Superliqasında cari mövsümün mükafatçıları müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, ilk öncə bürünc medallar sahiblərini tapıb. "Azərreyl"i 3:0 (25:21, 31:29, 25:18) hesabı ilə məğlub edən "Azəryol" üçüncülüklə kifayətlənib.
Daha sonra final seriyasının ikinci görüşü keçirilib. "Rabitə" "Lokomotiv"lə qarşılaşıb. Birinci set istisna olmaqla, oyun Zoran Qayiçin yetirmələrinin üstünlüyü şəraitində keçib. Nəticə də oyuna uyğun olub: 3:1 (22:25, 25:20, 25:16, 25:13).
Beləliklə, "Rabitə" ardıcıl 8-ci dəfə Azərbaycan Superliqasının qalibi adını qazanıb.