[ 13 Aprel 2015 10:23 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda qətl hadisəsi baş verib. 

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 1970-ci il təvəllüdlü Rafiq Ağayevin meyiti yaşayış binalarının yanında yerləşən meydançada aşkar edilib. Onun qətlə yetirildiyi məlum olub. 

 

Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən şəxsin 1970-ci il təvəllüdlü Vladimir Kopyorkin olması müəyyən edilib və o saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd olunub ki, hadisəni törədən və qətlə yetirilən şəxslərin hər ikisi tüfeyli həyat tərzi keçirib.