İngiltərənin "Mançester Yunayted" klubunun argentinalı oyunçusu Markos Roho ilə bağlı qalmaqal yaranıb.
Milli.Az The Sun-a istinadən bildirir ki, Sara Uotson adlı qadının dediyinə görə, 25 yaşlı futbolçu ona "eşq gecəsi" təklif edib.
Ejeniya Kusardo ilə qeyri-rəsmi nikahda yaşayan və bir övladı olan Markos Roho iddiaları rədd edib.
Sara Uotson isə yalan danışmadığını israrla deyir.
"Roho oteldə yanıma gəldi, gördüyü ən gözəl qadın olduğumu dedi. Onun qeyri-rəsmi nikahda olduğunu bilmirdim. Telefon nömrəmi verdim. Sonra mənə görüşməyi təklif etdi. Bir qədər keçdi, Rohonun dostu olduğunu söyləyən şəxs mənə zəng vuraraq pul müqabilində futbolçu ilə yatağa girməyimi təklif etdi. Sinirləndim, bu təklifi rədd etdim. Başıma gələnləri danışmamaq üçün pul təklif etdilər, sonra da mənə "şantajçı" deyərək həbslə qorxutmağa başladılar", - Sara Uotson söyləyib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin






