Dünyaca məşhur şotland tennisçi Endi Murrayın toyunda faciə baş verib.

ANS PRESS-in məlumatına görə, tennisçi uzun müddət birlikdə olduğu Kim Sears ilə evləndiyi toy mərasimində Cordan Cek adlı fotoqraf infarkt keçirərək ölüb. Onun xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümü yeni evlənən cütlüyü kədərə qərq edib.

Şotlandiya baş naziri Nikola Sturgeon faciə ilə bağlı "Twitter"də başsağlığı verib: "Cordan Cekin öldüyünü eşitmək məni çox üzdü. Sevgiyə layiq bir adam olmaqla bərabər əfsanəvi bir fotoqraf idi. Ailəsinə və həmkarlarına səbir diləyirəm".

Cordan Cekin 3 uşaq atası olduğu bildirilir.

Qeyd edək ki, yeni evlənən cütlüklər toy mərasimində Şotlandiya milli geyimlərindən istifadə ediblər.







Mənbə
ANS PRESS