Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 45 metr olan işıq dirəyinə çıxıb.

Milli.Az qurumun saytına istinadən bildirir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuşlar. Yanğınsöndürən-xilasedicilər vətəndaşla pisixoloji söhbətlər aparmış, intihara cəhdin qarşısını almışlar. Vətəndaş adiyyəti üzrə təhvil verilib.

Milli.Az