Londonun məşhur zərgərlik məhəlləsində baş verən oğurluq anlarının müşahidə kameralarına düşdüyü güman edilir.

ANS PRESS-in məlumatına görə, ötən həftə “Hatton Garden Safe Deposit” şirkəti soyularkən 300 milyon dollar dəyərində ləl-cəvahirat və nəğd pulun aparıldığı bildirilir. Bu barədə BBC xəbər yayıb.

Britaniyanın "Daily Mirror" nəşrinə əsasən görüntüdə inşaatçı geyimlərindəki şəxslər binaya zibil qutularını aparıb çıxarırlar.

Həmin qutularla binaya depozitlərin yarılması üçün istifadə edilmiş avadanlığın keçirildiyi təxmin olunur.

Polis oğurluğun bazar günü baş verdiyini güman edir. Hərçənd ki, işin üstü çərşənbə axşamı açılıb.
Mənbə
ANS PRESS