Argentinanın “Boka Xuniyors” klubu Karlos Tevesi heyətinə qatmağa hazırlaşır.

ANS PRESS-in məlumatına görə, klubun hazırkı sahibi Maurisiyo Makri yenidən prezedent seçilərsə, “Yuventus”un hüçumçusu ilə razılıq əldə olunacaq.

İtaliya mətbuatının yaydığına xəbərə görə, tərəflər arasında razılıq əldə olunsa, Teves 10 milyon qazanacaq. Futbola sözügedən komandada başlayan hücumçu karyerasını Argentina klubunda başa vurmaq istədiyini açıqlayıb.

Xatırladaq ki, cari mövsüm “Yuventus”un heyətində 37 oyuna çıxan argentinalı forvard rəqib qapılarından 25 top keçirib.
Mənbə
ANS PRESS