Azərbaycanlılar Türkiyədə avtomobil qəzasına düşüblər.

Anspress-in məlumatına görə, Kayseridə baş verən hadisə nəticəsində ciplə digər avtomobil toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində 2 nəfər yaralanıb.

Əldə edilən son məlumata görə, Azərbaycan əsilli S.M.-in idarə etdiyi "38 DV 005" nömrəli cip qarşıdan gələn avtomobillə toqquşub.

Hadisə nəticəsində avtomobillərdən biri yol dirəyinə dəyərək dayanıb. Qəza nəticəsində cipdə olan Azərbaycan əsilli M.M. (19) və F.D. (34) yaralanıblar.

Hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıb. Yaralıların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Milli.Az