Avropanın bir sıra nəhəng klubları "Palermo"nun hücumçusu Paulo Dibala ilə yaxından maraqlanırlar.

Metbuat.az-ın xəbərinə görə, argentinalı futbolçu uğrunda gedən mübarizədə "Yuventus" favorit hesab olunur. Bu haqda "Palermo"nun prezidenti Mauritsio Dzamparini açıqlama verib:

"PSJ artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. Parisdə Dibalanın satılacağını bilirlər. Ancaq "Yuventus" 35 milyon avro təklif edib və hələlik onlar argentinalı uğrunda  gedən mübarizədə liderdirlər.

Əlbəttə, mən bu transferdən karlı çıxmaq istəyən tərəfəm. Dibala ilə çox klub - "Mançester Siti", "İnter", "Roma", "Napoli" - maraqlanır. Həmçinin "Arsenal"ın adını da qeyd edə bilərəm".