"Fənərbağça"nın forvardı Dirk Kaytın yeni mövsümdən etibarən "Feyenoord"da çıxış edəcəyi barədə xəbər vermişdik.

Pyer van Hoydonk, Dirk Kayt... "Sarı-lacivərdlilər"də son illərdə holland ənənəsi yaranıb və bunun davamı olmalıdı.

Metbuat.az-ın xəbərinə görə, "Fənərbağça" "Mançester Yunayted"in hücumçusu Robin Van Persi ilə yaxından maraqlanır. Transferin İstanbul klubuna 8 milyon avroya başa gələcəyi gözlənilir. Holland ulduz isə 3 illik 12 milyon avro məvacib tələb edir.

"Fənərbağça" çempion olacağı təqdirdə əldə olunan gəlirin böyük bir hissəsini məhz bu transferə yönəltmək istəyir.