"Mançester Yunayted"in futbolçusu Robin van Persinin Mançester derbisində oynayıb-oynamayacağı dəqiqləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, hollandiyalı hücumçunun "Mançester Siti"yə qarşı İngiltərə Premyer Liqasında keçiriləcək matçı buraxacağı bildirilib. Məlumatı komandanın baş məşqçisi Lui van Qaal da təsdiqləyib.
Qeyd edək ki, zədəsini yeni sağaldan van Persi bir neçə gündür komanda ilə ümumi məşqlərdə iştirak edir.
Əlavə edək ki, "Mançester Yunayted" - "Mançester Siti" qarşılaşması aprelin 12-si keçiriləcək.
Milli.Az
Milli.Az