Ötən gündən əsən güclü külək Bakıda fəsadlar yaradıb
Milli.Az xəbər verir ki, "Gənclik" metrosunun yaxınlığında hadisə baş verib. Belə ki, 5 nömrəli xəstəxana ilə üzbəüz, yolun kənarındakı böyük reklam lövhəsi aşaraq yolu bağlayıb.

Maşının qarşısına aşan lövhə, xoşbəxtlikdən, ziyan vurmayıb. Sürücü cəld tərpənərək əyləci basa bilib.

Ceyhun Ələkbərov
Milli.Az






Foto: Emin Manıyev