"Barselona"nın müdafiəçisi Jordi Alba zədəsini tamamilə sağaldıb.
Metbuat.az-ın xəbərinə görə, La Liqanın 31-ci turu çərçivəsində "Sevilya" ilə oynanılacaq görüşdə ispan futbolçunu meydanda görmək imkanımız var.
Xatırladaq ki, Alba İspaniya millisinin AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə oynadığı matçda zədələnmişdi.
"Sevilya" - "Barselona" oyunu bu gecə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.