Şeyxülislam xarici təşkilatlardan alınan pulları mənimsəməsi barədə məlumatlara aydınlıq gətirdi
“And olsun Tanrıya və Qurana ki, indiyə kimi Qafqaz Müsəlmanları İdarəsinə cəmi iki dəfə köməklik edilib. Bunlar maliyyə köməkliyidir və hər iki halda gizlədiləsi heç nə yoxdur. Çünki bu köməkliklərdə bir dənə də qanunsuzluq yoxdur. Məni dünya çapında tanıyırlar, hamı məni şeyx kimi qəbul edir, sizin şeyxinizə inanırlar, siz də inanın”.
Lent.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə adının “Əbu -Bəkr” məscidinin fəaliyyətindəki qanunsuzluqda, rüşvət almaqda və digər məsələlərdə hallandırılmasına münasibət bildirərkən deyib.
Şeyx bu vaxta qədər İslam İnkişaf Bankından 132 min dollar həcmində vəsait aldıqlarını gizlətmir. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin adına gələn həmin vəsaitə inzibati bina tikilib. Bundan sonra isə bankın nümayəndələri vəsaitin hara xərclənməsi ilə bağlı dəfələrlə yoxlama aparıblar: “Amma heç nə tapa bilmədilər. Çünki hər şey qanun çərçivəsində həyata keçirilib. Sənədlərimiz indi də yerindədir, istəsələr, yoxlaya bilərlər”.
Hacı Allahşükür Paşazadə deyir ki, Azərbaycanda universitet tikmək üçün ikinci maliyyə yardım almaq barədə Küveytlə sənəd imzalanıb. Hətta universitet binası tikmək üçün Bakıda müvafiq yer də ayrılıb və bundan sonra QMİ-yə 200 min dollar verilib: “O vaxt bütün proses şəffaf keçirilib və biz nəzərdə tutduğumuz işi həmin yerdə gördük. Amma Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra bu işləri dayandırdı. Dedilər ki, guya vəhhabilərə yuva tikdiririk. Bundan sonra universitet binası üçün ayrılmış yeri də bizdən aldılar. Amma pulu xərcləmişdik, tikinti işlərinin bir hissəsi görülmüşdü, hətta təməlqoyma mərasimində şəxsən iştirak etmişdim. Həmin pulların tikintiyə sərf olunduğu haqqında əlimizdə sənəd də var”.
O ki qaldı “Əbu-Bəkr” məsdinin fəaliyyətinə, şeyx deyir ki, söhbət məciddən yox, ayrı-ayrı adamlardan gedir: “Bu işlərdə məscidin günahı yoxdur, heç kəs onu sökə bilməz. Mən nəinki hansısa məscidin, hətta erməni kilsəsinin sökülməsinin əleyhinə olmuşam. Əgər bir məbəd tikilirsə, onun sökülməsinə heç vaxt razı ola bilmərəm. Onda gərək mən şeyx olmayam. Amma bu gün bəzi adamlar bu məsələni qarışdırırlar. Söhbət o şəxslərdən gedir ki, onlar “Əbu-Bəkr” məscidindən istifadə edib, öz şəxsi məsələləri, şəxsi imkanları üçün çalışırlar, onlar Allahı qıraqda qoyub, başqa işlər görürlər. Onlar qanunları, konsitutusiyanı, vicdan azadlıqlarını pozurlar. Bizim isə borcumuz vicdan azadlığını bərpa etməkdir. Sadə dindarların heç bir günahı yoxdur, onlar gəlib namaz qılıb, ibadət eləyib, gedirlər”.
Hacı Allahşükür Paşazadə deyir ki, “Əbu-Bəkr” məscidini o vaxt kimlərsə qanunsuz tikdirib. Amma bu heç də o demək deyil ki, məscid ləğv olunmalıdır.
“İndi məscid tikilib, necə illərdir fəaliyyət göstərir. İmkanları vardısa, o vaxt qoymayadılar tikilsin. Amma bu gün gecdir. Biz gözləyirik ki, inşallah, istintaq qurarsın və yəqin ki, məcid fəaliyyətini davam etdirəcək” - deyə, QMİ sədri bildirib.
Məscidin ərazisində yaşayış binası tikilməsi barədə məlumatlara gəlincə, şeyx buna inanmadığını söyləyir: “Şəxsən mən məscidin sökülməsinin əleyhinəyəm. Nə olursa-olsun, mən məscidlərin, kilsələrin, məbədgahların sökülməsini istəmirəm. Belə olmaz”.
Şeyx deyir ki, məscidin qanunsuz tikilməsinə baxmayaraq, QMİ-nin orada ibadət edən dindarlarla münasibəti həmişə normal olub: “Bizim həmişə onlarla əlaqələrimiz olub, Qamətlə də görüşmüşük. Mən Bakı Dövlət Universitetinin yaxınlığındakı məscidin necə tikildiyi ilə maraqlananda dedilər ki, bizim işimizdir, siz qarışmayın. Bəli biz qarışmadıq, məscidi tikdilər, axundu-imamı qoydular. İndi də soruşurlar ki, şeyx hara baxır?!”
Şeyx bildirir ki, Şəhidlər Xiyabanı yaxınlığındakı məscid tikiləndə də QMİ- nin rəyi soruşulmayıb: “Heç bizdən kağız da istəmədilər. Amma tikdilər. Hətta bir dəfə minarənin o şəkildə tikilməsinin əleyhinə də çıxdım, dedim ki, gəlin minarəni milli ənənəmizə uyğun tikək. Amma eşidən olmadı. İndi də zəng eləyirlər ki, Qafqaz Müsəlmanları İdarəsi niyə buna imkan verib?! Axı bəzən elə olur ki, aşağı vəzifəli məmurlar bəzi səhvləri eləyirlər və onun günahını bizim boynumuza qoyurlar. Mən o məscidi kim tikdirdiyini, kiminlə nə danışdıqlarını adbaad bilirəm. Qafqaz Müsəlmanları İdarəsi heç vaxt heç vaxt qanunsuz işlərə girməyib. O şey ki, qanuni olub, onlara dəstək vermişik”.
Hacı Allahşükür Paşazadə “Əbu-Bəkr” məcidinin qapadılması məsələsində onun adının hallandırılmasını da haqsız hesab edir. “Şeyxə bu qədər ad qoymaq olmaz. Çünki mənim haqqımda danışılanların heç biri düz deyil”.
Elxan SALAHOV
Allahşükür Paşazadə: “Sizin şeyxinizə inanırlar, siz də inanın...”
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51