Asiya ölkələrinin birində keçirilən musiqi yarışmasında Rusiyanın məşhur "Viaqra" qrupunun solistlərini xatırladan iştirakçılar hər kəsi şoka salıb. ANS PRESS-in məlumatına görə, istedadlarını nümayiş etdirmək üçün yarışmaya qatılan "qızların" transvistit olduğunu əvvəlcə heç kim anlamayıb.

Onlar musiqi nömrələrini təqdim edənə qədər hər kəsi qadın səsi ilə salamlayıblar. Münsiflər heyətinin suallarını da zərif cinsin nümayəndəsi kimi cavablandıran iştirakçıların xarici görünüşləri də yetərincə incə olub.

Mahnıya başlayana qədər qadın olduqları düşünülən yarışmaçılar, ifaya başladıqları anda hər kəsi çaşqına çeviriblər. Oların qadın görkəmində kişi səsi ilə mahnı oxuması münsiflər heyəti ilə birlikdə tamaşaçıları da heyrətləndirib.

Mənbə
ANS PRESS