"İnter" "Barselona"nın forvardı Pedro Rodriqeslə yaxından maraqlanır.

Metbuat.az-ın xəbərinə görə, ispan futbolçunun meneceri Antonio Sans "neradzurrilər"in baş məşqçisi Roberto Mançininin onunla əlaqə saxladığını bildirib:

"Roberto Mançini müştərimlə maraqlanır. O, mənimlə əlaqə saxlayıb. Pedronun gələcəyini mövsümün sonunda "Barselona" rəhbərliyi ilə müzakirə edəcəyik. Hələlik bundan artığını deyə bilmərəm".

Qeyd edək ki, Suaresin katalon klubuna keçməsindən sonra Pedro əsas heyətdən tamamilə ayrı düşüb. Bu səbəbdən hücumçu komandanı tərk etmək niyyətindədi.