İtaliya kubokunda ikinci finalçının kimliyinə aydınlıq gəlib.
Cavab görüşündə “Napoli” “Latsio”nu qəbul edib. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi: 1-1. Neapol təmsilçisi səfərdə vurulan qolun hesabına favorit hesab olunurdu.
Metbuat.az-ın xəbərinə görə, “Latsio” çətin tapşırığın öhdəsindən gələ bilib. 79-cu dəqiqədə fərqlənən Luliçin sayəsində Roma təmsilçisi finala vəsiqə qazanıb.
“Napoli” – “Latsio” – 0:1
Qol: Luliç, 79
“Latsio”nun finaldakı rəqibi “Yuventus” olacaq.