Qol.az-ın məlumatına görə, turun bütün oyunları bu gün baş tutacaq.
Premyer Liqanın lideri "Qarabağ" bu tur evdə AZAL-ı sınağa çəkəcək. Son iki turda xal itirən Ağdam təmsilçisi bu görüşdə qələbə qazanmağa çalışacaq. AZAL-ın rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.
Sumqayıtda isə autsayderlər - "Sumqayıt" və "Bakı" münasibətlərinə aydınlıq gətirəcəklər. "Bakı" bu görüşdə qalib gələcəyi təqdirdə rəqibi ilə arasındakı xal fərqini azaldacaq. Lakin "Sumqayıt"ın doğma meydanda oynaması "Bakı"nın işini çətinləşdirə bilər.
Turun mərkəzi qarşılaşması Lənkəranda keçiriləcək. Burada əzəli rəqiblər - "Xəzər Lənkəran" və "Neftçi" üz-üzə gələcək. "Xəzər Lənkəran" cari mövsüm uğursuz çıxışı ilə diqqət çəksə də, doğma meydanda əzəli rəqibini məğlub etməyə çalışacaq. Çempionluq uğrunda mübarizə aparan "Neftçi"ni bu görüşdə yalnız qələbə qane edəcək.
Tura "Qəbələ" - "Simurq" oyunu ilə yekun vurulacaq. Avrokuboklara vəsiqə uğrunda yarışan komandaların turnir cədvəlinin qonşu pillələrində qərarlaşması da oyuna olan marağı artırır. "Qəbələ" doğma meydan amilindən maksimum yararlanmağa çalışacaq. Bu matçın start fiti saat 19:00-da veriləcək.
9 aprel
Azərbaycan Premyer Liqası, 29-cu tur
17:00. “Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov
Bakı. “Bakcell Arena”.
17:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt şəhər stadionu, 17:00
19:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu.
N Klublar O Q H M T-F X
1 Qarabağ 25 16 6 3 40-21 54
2 İnter 25 12 11 2 40-12 47
3 Neftçi 25 13 6 6 30-18 45
4 Qəbələ 25 10 7 8 34-32 37
5 Simurq 25 10 5 10 35-27 35
6 AZAL 25 8 7 10 27-35 31
7 Xəzər Lənkəran 25 7 5 13 30-38 26
8 Sumqayıt 24 4 7 13 23-36 19
9 Bakı 25 2 6 17 16-56 12
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0
Bombardirlər:
Draqan Çeran ("Simurq") - 12 qol
Nurlan Novruzov ("Bakı") - 12 qol
Reynaldo Silva ("Qarabağ") - 9 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Cavid Hüseynov ("Qəbələ") - 8 qol
Nikolas Kanales ("Neftçi") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Milli.Az