NBA-da "Oklahoma" və "San Antonio" arasında oynanılan görüşdə qonaqlar point-qard Toni Parkerin xidmətindən istifadə edə bilməyiblər.
Metbuat.az ESPN-ə istinadən xəbər verir ki, fransız basketbolçu sağ ayağındakı zədə səbəbindən meydana çıxmayıb.
Zədənin ciddiliyi haqda dəqiq məlumat verilmir. Tibbi müayinənin ardından Parkerin hansı müddətə basketboldan uzaq qalacağı açıqlanacaq.