[ 08 Aprel 2015 17:03 ]



Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatasının Kollegiya iclası keçirilib.

 

APA-nın məlumatına görə, Kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə nəzarət tədbirləri üzrə audit proqramı təsdiq edilib.

 

Eyni zamanda Kollegiya iclasında dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə audit proqramları təsdiqlənib.