Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 11-12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində karate üzrə 6-cı Beynəlxalq “Baku Open” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda karateçilərimiz ilə yanaşı Türkiyə, Rusiya, İran, Özbəkistan, Qazaxıstan və Gürcüstandan idmançılar iştirak edəcəklər.
Turnirin təntənəli açılış mərasimi aprelin 11-nə təyin edilib.
Əvvəlki yarışlardan fərqli olaraq bu dəfə veteranlar arasında da turnir keçiriləcək. Onlar 40-50 yaş arası və 50 yaşdan yuxarı kateqoriyalarda mübarizə aparacaqlar.