Türk aktrisa və model Ebru Şançı biznesə başlayıb.
 
Hazırladığı geyimləri bəyənənlər və alanlar arasında şou-biznes ulduzları, o cümlədən Ledi Qaqa da olan Ebru Şançı yeni kolleksiyalarındakı paltarları internet vasitəsilə satacaq.
 
Milli.Az bildirir ki, E.Şançı onlayn-ticarət saytı da yaradıb və sayt gələn aydan fəaliyyətə başlayacaq.
 
Modelyerə çevrilən aktrisa və modelin satışa çıxaracağı kolleksiyada 60 geyim var. Onların qiymətləri 300-800 lirə arasındadır.
 
"Ebru Şancı Collection" adlanacaq brendin geyim və aksessuarlarının satışı üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində də butik açılacaq.
 
Milli.Az