Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın baş naziri Artur Tahir oğlu Rasizadəni mükafatlandırıb. Prezident azərbaycanlı naziri “Xalqlar Dostluğu” ordeni ilə təltif edib.

ANS PRESS-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycanın baş naziri iki ölkə arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına, möhkəmlənməsinə verdiyi böyük töhfələrə görə təltif olunub.

Müvafiq sərəncam ötən gün imzalanıb.
Mənbə
ANS PRESS