Daha sonra Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Yanğınsöndürənlər hadisə yerinə gəlib və ərazinin təhlükəsizliyini yoxlayıblar. Məlum olub ki, ümumi sahəsi 60 kv. m olan evin 1 kv. m-i yanıb. Hadisə yerinə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın həkimləri və polis əməkdaşları da gəliblər. Ruhi-əsəb xəstəsi olan Gülmira Səmədova nəzarətə götürülüb. Qonşuların sözlərinə görə, 49 yaşlı qadın əvvəllər də bu cür hadisələr törədib və xoşbəxtlikdən, hər dəfə yanğının qarşısı alınıb. Qeyd edək ki, Gülmira Səmədova mənzildə tək yaşayır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





