Fond rəhbərinin sözlərinə görə, burada bir sıra amillər rol oynayır: “Sözügedən hadisələr beynəlxalq hüquq-müdafiə təşkilatlarının, eləcə də ABŞ-da fəaliyyət göstərən QHT-lərin də diqqətini cəlb edib. Polisin çox zaman hədəfində qara dərili yeniyetmə şəxslər olur. Təbii ki, bəzən bunu dini, irqi ayrı-seçkiliklə izah etməyə çalışırlar. Şəxsiyyət əleyhinə olan cinayətlərin əksər hissəsi ABŞ-da milli dözümsüzlük zəminində baş verir. Bu da Amerikanın bir çox tədqiqatçılarını çox ciddi narahat edir. Digər tərəfdən baş verən bu hadisələrdə polisin öz səlahiyyət həddini aşması açıq-aşkar görünür. Bəlkə də, elə burada qaydaların əməl edilməsinə düzgün nəzarət yoxdur.
Ümumiyyətlə, ABŞ hər zaman başqalarına münasibətdə o fikirləri səsləndirir ki, guya müxtəlif ölkələrdə insanların hüquq və azadlıqları pozulur. Təbii ki, bu, başa düşüləndir. Çünki Amerika böyük dövlət olmaqla yanaşı bir çoxlarının zəif nöqtələrinə diqqəti yönəltməyə də çalışır. Reallıq odur ki, onların təsir və təzyiq riçarqları da böyükdür. Eyni zamanda bu o zaman uğurla nəticələnə bilərdi ki, özündə baş verən zorakılıq hallarının da qarşısı dərhal alınsın. Çünki biz orada şahidi oluruq ki, insanlara qarşı zorakılıq sərgiləyən polislər məhkəmə tərəfindən bəraət də alırlar. Təbii ki, bu da bir qədər düşündürücü məsələlərdir. Bildiyiniz kimi, ABŞ Senatında işgəncə faktlarının araşdırılması ilə bağlı məsələ də geniş müzakirə olundu”.
Milli.Az