Azərbaycan yığmasını Avropa çempionatına hazırlayacaq baş məşqçi müəyyənləşib
V.Sadıqovun sözlərinə görə, AFFA-nın baş katibi Elxan Məmmədovla ötən gün keçirilmiş görüşdə belə bir razılıq əldə olunub. O bildirib ki, komitə üzvləri yaxın iki gün ərzində namizədləri müəyyənləşdirməli və baş katibə təqdim etməlidirlər. Sədr sonuncu görüşdə hər iki komandanın baş məşqçi vəzifəsi ətrafında geniş müzakirələrin aparıldığını söyləyib: "Hazırkı durumda xüsusən, 17 yaşadək futbolçulardan ibarət yığmamıza kimin rəhbərlik etməsi daha önəmlidir. Çünki gələn il Bakıda bu yaş qrupu üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək. Öz meydanımızda daha layiqli çıxış etmək üçün güclü komanda formalaşdırılmalıdır. Ona görə də baş məşqçi təyinatı zamanı daha diqqətli olmalıyıq".
Məşqçilər Komitəsinin sədri hazırda bu vəzifəni tutmağa əsas namizəd qismində hazırda U-16 yığmasına rəhbərlik edən Təbriz Həsənovun adını çəkib. T.Həsənovun yetişdirdiyi futbolçular gələn il U-17-də çıxış edəcəklərindən, V.Sadıqovun fikrincə, elə bu mütəxəssisin də vakant posta təyinatı daha məntiqəuyğun olardı. Lakin o, qərarı AFFA-nın verəcəyini xatırladıb. U-19 yığmasına gəlincə, komitə sədri namizədlərin bir neçə işsiz yerli mütəxəssis arasından seçiləcəyini bildirib. O, bütün hallarda baş məşqçilərin yalnız yerli məşqçilər olacağını vurğulayıb.
Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçi postu Mirbağır İsayevin istefasından sonra boşalıb. U-19-un baş məşqçisi Nikolay Adam isə aprelin 1-dən Hindistanın U-15 millisində işə başlayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56