İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü
Bakı, 6 aprel, AZƏRTAC
İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb. Onun rəsmi adı İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günüdür. Qətnamə layihəsinin sponsorları Belarus, Gürcüstan, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya və Makedoniyadır. Qətnamədə deyilir ki, onun BMT sistemi çərçivəsində həyata keçirilməsi ilə bağlı bütün xərclər dünya birliyi üzvlərinin könüllü ödəmələri hesabına olacaq.
AZƏRTAC xəbər verir ki, Baş Məclisin iclasında Beynəlxalq Olimpiya Komitəsinin o vaxtkı prezidenti Jak Roqqe və “dünyanın bir nömrəli raketkası” Novak Cokoviç iştirak ediblər. J.Roqqe qətnamənin qəbul edilməsi münasibətilə çıxışında vurğulayıb ki, BOK ilə BMT-nin idman sahəsində əməkdaşlıq ənənələri çoxdan mövcuddur. Bunun başlanğıcı 1952-ci ildə UNESCO idmanın maarif vasitəsi kimi populyarlaşdırılmasına dair birinci kampaniyanı keçirəndə qoyulub. Serb Novak Cokoviç xatırladıb ki, kiçik bir ölkədə doğulub boya-başa çatsa da, idman sayəsində böyük uğurlar qazanıb, dünyanın bir çox ölkələrində olub. N. Cokoviç əlavə edib ki, idman xarakteri möhkəmləndirmək üçün ən yaxşı vasitədir. Tennisçi deyib: “Ümidvaram ki, Beynəlxalq İdman Gününün təsis edilməsi hər birimizin öz səylərini idmanın dürüst oyun, komanda həmrəyliyi və opponentə hörmət kimi əsas dəyərlərinin təkmilləşdirilməsinə yönəltməsinə səfərbər edəcək. Axı, idman maarif, inkişaf və sülh vasitələrindən biri kimi əməkdaşlığın, həmrəyliyin, dözümlülüyün, anlayışın, yerli, milli və beynəlxalq səviyyələrdə sosial inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı bütün dövlətlərə, BMT sistemi təşkilatlarına, ilk növbədə BMT-nin İnkişaf və Sülh naminə İdman Bürosuna, habelə beynəlxalq, regional və milli idman təşkilatlarına, vətəndaş cəmiyyətinə, o cümlədən qeyri-hökumət təşkilatlarına, bütün digər əlaqədar tərəflərə müraciət edərək, onları Beynəlxalq İdman Gününü qeyd etməyə və onun barəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək etməyə çağırır.
Təsisçilərin fikrincə, Beynəlxalq İdman Günü hər il iyunun 23-də qeyd olunan Beynəlxalq Olimpiya Gününə uğurlu əlavə olacaq. İdman Günü bütün dünyada milyonlarla insan 10 kilometr məsafəyə qaçışlar və marafonlarda, o cümlədən qrup şəklində idman oyunlarında, velosiped yürüşlərində və maarifləndirmə tədbirlərində iştirak edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10