Türkiyədə Twitter, Facebook və YouTube-a senzura tətbiq edilib.

ANS PRESS-in məlumata görə, ölkədə bir çox istifadəçi Facebooka 1,5 saat girə bilməyib. Twitter-dəki problem isə hələ də davam edir.

Türkiyə İnternet Birliyindən məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

YouTube-nin ünvanına girmək istəyən türklər ekranda "Bu sayta daxil olmaq məhkəmə qərarı ilə məhdudlaşdırılıb" ifadəsi qeyd edilib. İnternet provayderləri də bu barədə açıqlama verməkdən yayınırlar.

Youtube video portalına bəzi provayderlərdən giriş zamanı "Service Unavailable" yazılır. Twitter-ə giriş zamanı isə ümumiyyətlə serverdən heç bir reaksiya verilmir. Sosial şəbəkə istifadəçiləri Facebook-a girişin təmin edildiyini bildrisələr də, digər sosial şəbəkələrə daxil olmağın mümkün olmadığını deyirlər.

Mənbə
ANS PRESS