[ 06 Aprel 2015 12:48 ]


Bakı. Könül Kamilqızı - APA. Aprelin 7-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək

 

Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında aprelin 7-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.