[ 06 Aprel 2015 12:27 ]



Bakı. Fuad Cəfərov – APA. Şərur sakini aşkarladığı silah-sursatı polisə təhvil verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şərur rayon sakini Ramazan Rzayev 1 ədəd qaz tapançası, 1 ədəd “F-1”qumbarası və 14 ədəd müxtəlif çaplı patron tapıb. O, silah-sursatı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.