Qol.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.
Premyer Liqanın lideri "Qarabağ" çempionatın autsayderi "Bakı"nın qonağı olacaq. Ağdam təmsilçisi bu görüşün əsas favoriti hesab olunur.
Turun maraq doğuran oyunlarından biri Zaqatalada keçiriləcək. Burada yerli "Simurq" "Neftçi"ni sınağa çəkəcək. Son turlar uğurlu oyunu ilə diqqət çəkən "Qəbələ" Bakıda AZAL-ın qonağı olacaq. Hər üç matç saat 17:00-da başlayacaq.
Turun son görüşündə "İnter" və "Xəzər Lənkəran" münasibətlərinə aydınlıq gətirəcək. Çempionluq uğrunda mübarizə aparan "İnter" meydandan 3 xalla ayrılmağa çalışacaq. "Xəzər Lənkəran" buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. Bu matçın start fiti saat 18:00-da veriləcək.
5 aprel (bazar)
Azərbaycan Premyer Liqası, 28-ci tur
17:00. “Bakı” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00
17:00. “Simurq” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
Zaqatala şəhər stadionu.
17:00. AZAL – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
AZAL Arena, 17:00
18:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov
“İnter Arena”.
N Klublar
O Q H M T-F X
1 Qarabağ 24 16 5 3 39-20 53
2 İnter 24 11 11 2 38-12 44
3 Neftçi 24 12 6 6 29-18 42
4 Simurq 24 10 5 9 35-26 35
5 Qəbələ 24 9 7 8 30-32 34
6 AZAL 24 8 7 9 27-31 31
7 Xəzər Lənkəran 24 7 5 12 30-36 26
8 Sumqayıt 24 4 7 13 23-36 19
9 Bakı 24 2 5 17 15-55 11
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0
Bombardirlər:
Draqan Çeran ("Simurq") - 12 qol
Nurlan Novruzov ("Bakı") - 11 qol
Freddi Mombonqo (AZAL) - 8 qol
Mikel Alvaro (“İnter”) - 8 qol
Franka Nildo ("İnter") - 8 qol
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 8 qol
Reynaldo Silva ("Qarabağ") - 8 qol
Rəşad Eyubov ("Simurq") - 7 qol
Nikolas Kanales ("Neftçi") - 7 qol
Cavid Hüseynov ("Qəbələ") - 6 qol
Milli.Az