Qadın idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Yuryeviç Pravdin bu gün qəflətən dünyasını dəyişib. Bu barədə ANS PRESS-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Federasiya Yuryeviçin qohumları və yaxınlarına dərin hüznlə başsağlığı verib, onların dərdinə şərik olduğunu bildirib. MənbəANS PRESS