"Real"ın daha bir futbolçusu yaşıl meydanlara qayıtmağa hazırlaşır.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Xames Rodriqes zədəsini tam sağaldıb. 10 gündür komanda ilə birgə məşq edən kolumbiyalı yarımmüdafiəçi artıq istənilən formanı yığıb. Onun İspaniya La Liqasında "Qranada"ya qarşı matçda oynayacağı bildirilib.
 
Qeyd edək ki, "Real" - "Qranada" görüşü aprelin 5-i keçiriləcək.
 
Xatırladaq ki, X.Rodriqesin fevral ayında İspaniya La Liqasında "Sevilya"ya qarşı matçda ayağı qırılmışdı. Bu səbəbdən o əməliyyat olunmuşdu.

Milli.Az