“Vuelta” turnirinin qalibi “Tour d’Azerbaïdjan-2015” veloyürüşündə iştirak edəcək
Bakı, 3 aprel, AZƏRTAC
Mayın 6-dan 10-dək keçiriləcək "Tour d’Azerbaïdjan-2015" veloyürüşünün iştirakçıları arasında kifayət qədər tanınmış velosipedçilər olacaq. Onlardan biri ABŞ-ın “Airgas-Safeway Cycling” komandasının üzvü Kris Hornerdir.
AZƏRTAC xəbər verir ki, K.Horner 2013-cü ildə “Radio Shack” komandasının heyətində çıxış edərkən, planetin ən nüfuzlu 3 velosiped yarışından biri sayılan “Vuelta”nın qalibi olmaqla adını dünya idmanı tarixinə yazdırıb. Diqqət çəkən daha bir məqam velosipedçinin bu titulu əldə etmiş ən yaşlı idmançı olmasıdır. Belə ki, K.Horner 2013-cü ildə “Vuelta” yürüşünün qalibi olarkən 42 yaşının tamam olmasına 1 ay 8 gün qalmışdı.
Velosipedçi “Tour d’Azerbaïdjan"da iştirakını karyerasının yeni səhifəsi kimi dəyərləndirərək deyib: “20 illik karyeram ərzində dünyanın bir çox yerlərində olmuşam. Həmişə yeni bir ölkəyə getdikdə, yeni mədəniyyətlə tanış olduqda bundan böyük məmnunluq hissi keçirirəm. Odur ki, “Tour d’Azerbaïdjan-2015”də iştirakımı səbirsizliklə gözləyirəm”.
Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev K.Hornerin “Tour d’Azerbaïdjan-2015” də iştirakını önəmli hadisə kimi vurğulayıb və bunu yarışın artan nüfuzu kimi qiymətləndirib. Bildirib ki, belə bir idmançını Azərbaycanda görmək olduqca xoşdur. Düşünürəm ki, bu amil həm velosipedsevərlərin, həm də mətbuatın böyük marağına səbəb olacaq. Digər tərəfdən, tanınmış velosipedçilərin Azərbaycan turunda iştirakı yarışımızın dünyada artan nüfuzundan xəbər verir. Bu isə kifayət qədər qürurverici məqamdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Ərəblərdən ulduz futbolçuya təklif
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04