Birinci Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru təyin edilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Ceyms Hedley “Bakı-2015” birinci Avropa Oyunlarının bağlanış mərasiminin bədii direktoru təyin edilib.
C.Hedley peşəkar teatr və sirk sənətində, eləcə də mötəbər tədbirlərin idarə olunmasında 25 illik təcrübəyə malikdir. O, Şimali Amerikada “Mystère”, “La Nouba”, “O”, “The Beatles' LOVE”, “Ka, Iris and Zumanity” daxil olmaqla bir sıra tamaşaların qurulmasında “Cirque du Soleil's” şirkətinin baş bədii direktoru olub. C.Hedley, həmçinin “Qremmi” mükafatı, “Tonight Show”, “Live with Kelly and Michael”, “Ellen De Generes Show” və “Today Show” kimi proqramları hazırlayıb.
“Bakı-2015” Avropa Oyunlarının bağlanış mərasimi 50 ölkənin nümayəndə heyətinin üzvlərini, 6000-dən çox idmançını, eləcə də onların ailələrini, məşqçilərini, könüllüləri, tərəfdaşları və ümumilikdə, bütün ictimaiyyəti birləşdirən vida şousu olacaq.
Ceyms Hedley bu barədə deyib: “Bakı-2015” üçün bağlanış mərasimi tamaşasını təşkil etmək şərəf, eyni zamanda, məsuliyyətdir. Məqsədim Avropa Oyunlarına layiq olduğu möhtəşəm final səhnəsini bəxş etmək və mərasimə qatılanlar, həmçinin dünyanın müxtəlif yerlərində tamaşaçılar üçün unudulmaz şou yaratmaqdır”.
Ceyms Hedleyin yaradıcı əməkdaşı olacaq Libbi Haylənd isə “Bakı-2015” bağlanış mərasiminin yaradıcı direktoru qismində fəaliyyət göstərəcək. Libbi Haylənd “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika Oyunları da daxil olmaqla bir sıra tədbirlərin yaradıcı işlərinə rəhbərlik edib.
“Bakı-2015” Avropa Oyunlarının mərasimlər üzrə direktoru xanım Katerina Uqvu yeni təyinatla bağlı bunları deyib: “L.Haylənd ilə C.Hedley artıq Bakıda yaratdığımız güclü bədii komandanı tamamladılar. Onların yaradıcı gücü “Five Current production”ın təcrübəsi ilə birləşərək Avropa Oyunlarının bağlanışı üçün layiqli mərasim ərsəyə gətirəcək”.
“Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilatçısı Skot Qivensin rəhbərlik etdiyi “Five Currents” aparıcı şirkətidir. Şirkət “Soçi-2014” Qış Olimpiya, “Rio-2007” və “Qvadalaxara-2011” Panamerika oyunlarının açılış və bağlanış mərasimlərini, “Cinco de Mayo”nun 15 illik yubileyini və Rio-de-Janeyroda “Reveillon Copacabana” yeni il tamaşası da daxil olmaqla bir çox tədbirləri təşkil edib.
Açılış və bağlanış mərasimlərini yeni tikilmiş Bakı Olimpiya Stadionunda 68 min nəfər, dünyanın müxtəlif bölgələrində isə milyonlarla televiziya tamaşaçısı izləyəcək.
Hər iki mərasimə biletlər martın 20-dən http://az.baku2015.com/tickets/index.html saytında onlayn satışa çıxarılıb. Aprelin 3-də isə biletlərin paytaxtın müxtəlif ticarət mərkəzlərində quraşdırılmış satış məntəqələrində də satışına start verilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51