Əvvəl çəkdikləri videolarla sosial şəbəkəni silkələyən “SketchShe” adlı qrupun avtomobil salonundakı son çıxışları yenə internetdə rekord qırır.

ANS PRESS-in məlumatına görə, gözəl qızlar yenidən avtomobildə göstərdikləri perfomansı videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

“SketchShe” adlı qrup yaradan bu gözəl xanımlar göstərdikləri perfomansla izləyicilərin rəğbətini qazanıblar.

Avtomobildə səslənən musiqi sədaları altında göstərdikləri perfomansla əsl aktyorluq qabiliyyətlərini nümayiş etdirən cazibədar qızlar, çoxsaylı oxucuların təriflərini qazanıblar.

Qızların paylaşdıqları video bir çox oxucular tərəfindən bəyənilib. Bundan əlavə, video çoxsaylı izləyici tərəfindən şərh olunub.

Mənbə
ANS PRESS