Avropa Oyunları bu əcnəbi telekanal ilə də yayımlanacaq
Komitədən ANS PRESS-ə verilən məlumata görə, Asiyanın ən böyük kommersiya şirkətlərindən biri olan TVB ilk Avropa Oyunlarını ölkəsində ödənişsiz və ödənişli şəkildə yayımlamaq üçün eksklüziv hüquqa sahib olub.
Honq Konq üzrə bütünlükdə 2,4 milyon əhaliyə xidmət göstərən TVB Yay və Qış Olimpiya Oyunlarının, eləcə də FIFA dünya çempionatının daimi yayımını həyata keçirən televiziya şirkətidir.
Məlumat üçün bildirək ki, TVB yalnız Avropa Oyunlarının deyil, Rio-2016 Yay Olimpiya Oyunlarının da yayımını həyata keçirəcəyini bəyan edib. Qeyd edək ki, Avropa Oyunlarının proqramına daxil edilmiş 16 Olimpiya idman növündən 12-si Rio olimpiadası üçün təsnifat rolu oynayacaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Avropa Oyunlarına göstərilən maraq getdikcə artmaqdadır. TVB sayca 56-cı yayım tərəfdaşımız olacaq və bununla da Honq Konq Avropadan kənarda Oyunları izləmək şansı əldə edən Körfəz ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan və Çinin sıralarına qoşulacaq. Gələcəkdə sıralarımıza qoşulacaq yayım şirkətlərinin siyahısının daha da artacağına əminəm. Bu beynəlxalq idman tarixinə əlavə olunacaq önəmli tədbirə göstərilən diqqətin əyani sübutudur”.
TVB-nin nümayəndəsi Patrik Li də imzalanmış yayım sazişi ilə bağlı fikirlərini bölüşüb: “İdmanın təbliği TVB kanalının əsas istiqamət fəaliyyətlərindən biridir. Biz Honq Konq xalqının Yay və Qış Olimpiya Oyunları, eləcə də futbol üzrə FIFA dünya çempionatı kimi yüksək səviyyəli idman tədbirlərini izləməsini təmin etmişik. Əminəm ki, tarixdə ilk dəfə olaraq Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları da tamaşaçılarımız tərəfindən böyük maraqla izləniləcək”. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10